Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Yanukovych yerli media orqanları ilə canlı danışmağı planlaşdırır


-
Ukrayna prezidenti Viktor Yanukovych cümə günü ölkəsinin bəzi media orqanları ilə canlı danışmağı planlaşdırır. Onun bu həftə Rusiya prezidenti Vladimir Putinlə maliyyə məsələləri ətrafında müzakirə aparacağı gözlənilir.

Rusiya Kiyevə 15 milyon dollar kredit təklif edir.

Ukraynanın baş naziri Mykola Azarov Kremlin paktını tarixi hadisə kimi qiymətləndirib və bunun iqtisadi inkişafa səbəb olacağını bildirib.

Yanukovychin Avropa İttifaqı ilə ticari və siyasi əlaqələrdə uzaqlaşmaq qərarı müxalifəti yenidən qəzəbləndirib.

Ukraynanın müxalifət lideri və keçmiş boks çempionu Vitaly Klitschko Yanukovychi Ukraynanın azadlığını əldən verməkdə günahlandırır.

Klitschko hakimiyyəti devirmək üçün əllərindən gələni edəcəklərini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG