Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Bakıda “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” konfransı keçirilir


-
Bakıda “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” konfrans keçirilir. Məlumatı APA yayıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərov, Ombudsman Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Fazil Mustafa, agentliklərin, portalların və qəzetlərin baş redaktorları iştirak edirlər.

Konfransda çıxış edən Vüqar Səfərov deyib ki, insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib. O bildirib ki, KİVDF Milli Fəaliyyət Planı çərçivəsində tədbirlər keçirir.

Ombudsman Elmira Süleymanova informasiya məkanında ən dəyərli məsələnin informasiyanın əldə edilməsi olduğunu deyib. Bildirib ki, 2010-cu ildən ombudsman dövlət qurumlarından informasiya əldə edilməsinə nəzarəti həyata keçirir:

“Bəlkə də biz ölkənin 58 rayonunun hər birində maarifləndirmə işləri aparan yeganə təşkilatıq. Bu zaman insan hüquqları və informasiya ombudsmanı kimi vəzifələrimizi əsas götürürük. Bu məsələlər ətrafında müzakirə aparmağı təklif edirəm”.

Əflatun Amaşov informasiya əldə edilməsinin hər bir ölkədə söz azadlığının əsasını təşkil etdiyini söyləyib. O xatırladıb ki, Konstitusiyanın 50-ci maddəsində hər bir kəsin azad informasiya əldə etmək hüququ əksini tapıb:

“KİV-in sorğusuna cavabı təşkilatlar bir həftə ərzində, təcilidirsə, 24 saat ərzində, insan sağlamlığı ilə bağlıdırsa, 48 saat ərzində açıqlamalıdır. Əgər informasiya alanın hüquqları pozulursa, Cinayət Məcəlləsinə görə, KİV-ə informasiya verməkdən imtina edənlər 100-500 manat cərimələnə və 1 il, vəzifəli şəxs informasiyanı verməkdən imtina edirsə, 2 il islah işlərinə cəlb oluna bilər”.

Konfrans davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG