Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:32

QHT-lər İlham Əliyevə müraciət edib


-
Vətəndaş cəmiyyətinin nümayəndələrinin qeyri-hökumət təşkilatlarının (QHT-lər) fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərlə bağlı QHT-lər prezidentə müraciət ünvanlayıb.

Bu barədə AzadlıqRadiosuna İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev məlumat verib. Bildirib ki, bu qərar QHT-lərin fəaliyyətini xeyli məhdudlaşdıra bilər.

“Təklif edilən dəyişiklik və əlavələr QHT-lərin fəaliyyətini ciddi məhdudlaşdıran, onların üzərinə çətin hesabat vermə öhdəlikləri qoyan maddələri özündə ehtiva edir və fundemantal birləşmək azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. QHT-lərə indiyə qədər ciddi maliyyə nəzarəti vardı. Ədliyyə nazirliyinin QHT-lər üzərində nəzarətinin artırılması, cərimələnmələrin, bürokratik nəzarətin gücləndirliməsinin aradan qaldırılması və dəyişikliyin qəbul edilməməsi ilə bağlı QHT-lər yığışaraq prezidentə müraciət ünvanladıq”.

Müraciəti 34 QHT imzalayıb

Günün bütün mövzuları

XS
SM
MD
LG