Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Dünya kinosunda ən yaddaqalan ifadələr - Reytinq


Ceyms Bond haqda "Diamonds Are Forever" filminin posteri, 1971

Ceyms Bond haqda "Diamonds Are Forever" filminin posteri, 1971

-

Arnold Schwarzenegger-in "Terminator" filmində dediyi "Mən qayıdacam" ("I'll be back") sözləri dünya kinosunda ən yaddaqalan qanadlı ifadələr reytinqində birincidir.

Reytinqi Britaniyanın "LoveFilm" xidməti keçirib. Rəyi soruşulanların 25 faizi bu ifadəyə üstünlük verdiklərini deyiblər.

2-ci pillədə (respondentlərin 14 faizinin dəstəyilə) "Casus 007"nin özünü təqdim etməsidir: "Mənim adım Bondur, Ceyms Bond" ("Bond, James Bond"). Bu ifadə ilk dəfə Bond haqda silsilə filmlərdən "Dr. No"da (1962) işlədilib, sonra həmin silsilədən olan daha 23 filmdə təkrar edilib.

1964-cü ilin "Mary Poppins" filmində işlədilmiş absurd söz - "superarxiekstraultrameqamöhtəşəm" respondentlərin 10 faiz səsi ilə üçüncü olub.

Reytinqədki digər qanadlı sözlər

4. "Kimi çağıracaqsınız?" - "Kabus ovçuları" filmi
5. "Elementar şəkildə, Vatson". - Şerlok Holms haqda filmlər (Bu ifadə ilk dəfə 1930-cu illərin filmində işlədilib)
6. "Parıltı" ("The Shining") adlı məşhur dəhşət filmində Jack Nicholson-un qapını balta ilə açmağa çalışarkən söylədiyi "Bu daaaaa Conni!" ("Heeeere's Johnny!") ifadəsi.

Bəs Azərbaycan kinosunda, sizcə, ən yaddaqalan qanadlı ifadə hansıdır?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG