Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Türkiyədəki həbslərə görə bir neçə polis rəisi işdən azad edilib


Tayyip Erdogan

Tayyip Erdogan

Türkiyədə rüşvətlə bağlı aparılan həbslərə görə, bir neçə polis rəisi işdən azad edilib.Təkcə İstanbulda 5 yüksək rütbəli polis zabiti işdən çıxarılıb.Bir sıra polislər isə səlahiyyətlərini aşdıqlarına görə başqa vəzifələrə keçiriliblər.

Bu 3 nazir oğlu da daxil olmaqla korrupsiya ilə bağlı onlarla şübhəlinin həbsindən bir gün sonra baş verib.

Yerli kütləvi informasiya vasitələri bu həbslərin baş nazir Recep Tayyip Erdoganla onun keçmiş müttəfiqi, nüfuzli dini xadim Fatullah Gülen arasındakı ciddi fikir ayrılğı ilə bağlı olduğunu yazırlar. Məlumatlara görə Gülenin tərəfdarları dövlət qurumlarında yüksək vəzifələr tuturlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG