Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

DGK Sədərək Gömrük İdarəsi rəisinin saxlanılması barədə məlumat yayıb


Dövlət Gömrük Komitəsi Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb.

Komitənin məlumatına görə, Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddət ailəsinin müalicəsi ilə əlaqədar dekabrın 9-da İstanbula gedib.Dekabrın 17-də ailəsi ilə birlikdə İstanbul-Qars reysi ilə geri dönərkən Qars Hava Limanında saxlanılıb.O, Türkiyədə aparılan son həbslərlə bağlı bəzi məlumatlara aydınlıq gətirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib.

Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu məsələnin tezliklə həlli
istiqamətində lazımi tədbirlər görürlər.

Qeyd edək ki, bundan əvvəl Mirməhəmməd Seyidovun Turkiyədə qaçaqmalçılıq və rüşvətə qarşı keçirilən əməliyyatlar çərçivəsində həbs edilməsi barədə məlumat yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG