Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Həbsdə olan jurnalist Pərviz Həşimlinin ailəsi mətbuat konfransı keçirib


Pərviz Həşimli və ailəsi

Pərviz Həşimli və ailəsi

Dekabrın 18-də həbsdə olan jurnalist Pərviz Həşimlinin ailə üzvləri onun müdafiəsi məqsədi ilə mətbuat konfransı keçirib.Atası Kamran Həşimli bildirib ki, Milli Təhlükəsialik Nazirliyinin əməkdaşları son dövrlərdə Pərviz Həşimlini ələ almaq, əməkdaşlığa cəlb etmək üçün onu təqib edirmişlər.

Pərviz Həşimli "Bizim Yol" qəzetinin müxbiri, Moderator.az saytının direktoru və Xalq Cəbhəsi Partiyasının üzvüdür.

O sentyabrın 17-də həbs edilib, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunur .Jurnalist ittihamları rədd edir, həbsinin fəaliyyətilə bağlı olduğunu deyir.

Amnesty İnternational təşkilatı Pərviz Həşimlini vicdan məhbusu elan edib.
XS
SM
MD
LG