Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək


-
Dekabrın 24-də Moskvada dövlət başçıları səviyyəsində Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Bu barədə Rusiya prezidentinin internet saytında məlumat verilib.

Məlumata görə, Rusiya, Belarus və Qazaxıstan prezidentləri Gömrük İttifaqı və Vahid iqtisadi zonaya inteqrasiya ilə bağlı qarşılıqlı məsələləri müzakirə edəcəklər. Bundan başqa Qırğızıstan və Ermənistanın Avrasiya iqtisadi ittifaqına qoşulması məsələsi də baxılacaq.

Toplantının sonunda vahid gömrük siyasəti, təbii inhisar və rəqabət qaydalarının birgə tənzimlənməsi ilə bağlı sənədlərin imzalanması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG