Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59
-
“İzvestiya” qəzetinin xəbərinə görə, Rusiyanın prezident administrasiyası Tatarıstan və Başqırdıstanın rəhbərlərindən qanuna sayqı göstərməyi və “prezident” adından boyun qaçıraraq, sadəcə, “region başçısı” adlanmağı tələb edib.

Bu xəbərdarlıq prezident Putinin yerli özünüidarə islahatlarına dair məktubundan sonra diqqətə yetirilib. Dövlət Duması hələ 3 il öncə – Çeçenistan prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə – Rusiyadakı muxtar respublika rəhbərlərinin “prezident” adlandırılmasını yasaqlayan qanun qəbul etsə də, Tatarıstan və Başqırdıstan rəhbərləri bu qanuna əməl etməyiblər.

Siyasi Texnologiyalar Mərkəzi regionlar şöbəsinin müdiri Rostislav Turovskinin sözlərinə görə, Tatarıstanın keçmiş prezidenti Şaymiyevin fikrincə, vəzifə adının dəyişməsi mərkəzi hakimiyyətin təzyiqi kimi qiymətləndirilə və onsuz da Kremlə yaxın fiqur sayılan indiki prezident Rustam Minnixanova güvəni sarsıda bilər. Politoloq belə bir addımın Tatıstanda qarçıdurmalara yol açacağını düşünür.

Sözügedən qanun qüvvəyə minəndən sonra Rusiya Federasiyasının Çeçenistan, Buryat, Mari El, Udmurtiya, Çuvaş, Saxa (Yakut), Adıgey, İnquş, Kabarda_balkar və Qaraçay-Çərkəz kimi subyektlərində prezident vəzifəsi ləğv edilib. Gələn il yanvarın 1-dən Dağıstan da “prezident”siz qalacaq. Başqırdıstan rəhbərliyi qanunda nəzərdə tutulan son müddətə – 2015-ci il yanvarın 1-dək bu məsələni çözəcəyini açıqlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG