Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12
Ukraynanın baş naziri Mykola Azarov Rusiyanın ayrıdığı 15 milyardlıq yardım və qazın qiymətinin 30 faiz ucuzlaşdırılmasını tarixi hadisə adlandırıb və bunun ölkədə iqtisadi sabitliyə səbəb olacağını deyib.Azarov bildirib ki, bu olmasaydı Ukrayna iflas və sosial böhranla üzləşə bilərdi.

Qeyd edək ki, belə bir razılaşma Ukrayna prezidenti Viktor Yanukovychin çərşənbə axşamı Moskvaya səfəri zamanı əldə edilib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə Avropanı bu məsələdə Ukraynaya təzyiq göstərməkdə günahlandırıb.

Qeyd edək ki, Ukrayna hakimiyyətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub.Müxalifət hökumətin istefasını, vaxtındanəvvəl prezident və parlament seçkiləri keçirilməsini tələb edir. Kiyevin mərkəzi meydanında etiraz nümayişi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG