Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:38
-
Görkəmli bəstəkar, Azərbaycanın çağdaş musiqi məktəbinin yaradıcılarından Qara Qarayevin anadan olmasının 95 illiyi Budapeştdə qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.

Səfirlikdən AzadlıqRadiosuna verilən xəbərə görə, bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki "Duna Palota" sarayında "Dunay" simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət "Memory" adlı konsert proqramı təşkil edilib.

Qara Qarayevin əsərlərindən ibarət "Memory" adlı konsert proqramı

Qara Qarayevin əsərlərindən ibarət "Memory" adlı konsert proqramı

​Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onu zamanı qabaqlayan simfonik musiqinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən danışıb.

Macar dirijoru Andraş Deakın rəhbərliyi altında "Dunay" simfonik orkestri bəstəkarın "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar ifa edib.

İki hissədən ibarət konsertdə eləcə də, macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənib.

Konsertə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də qatılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG