Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

2013-cü ildə dünyada 71 jurnalist öldürülüb


-
2013-cü ildə müxtəlif ölkələrdə peşə borcunu yerinə yetirən 71 jurnalist öldürülüb.

“Sərhədsiz Reportyorlar” təşkilatının dekabrın 18-də yaydığı xüsusi hesabatda belə deyilir.

Təşkilat bildirir ki, bu, ötən illə müqayisədə az olsa da, jurnalistlərin və kütləvi informasiya vasitələrində çalışan digər əməkdaşların oğurlanması və zorakılıq halları “çox yüksək” olaraq qalmaqdadır.

Təşkilatın baş direktoru Chiristoph Deluar hesab edir ki, hadisələrin bu səviyəyə çatması jurnalistlərə qarşı cinayət törədənlərin cəzasız qalması ilə bağlıdır.

Hesabata görə, ən çox jurnalist ölümü Asiya (24 jurnalist), Yaxın Şərq və Şimali Afrika ölkələrində (23 jurnalist) olub. Jurnalist ölümü ilə bağlı hadisələrin 40 faizə qədəri Suriya, Somali, Mali və bir neçə başqa ölkələrdə, o cümlədən Rusiya Federasiyasının subyekti olan Dağıstanda baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG