Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07
-

"Oda" Teatrı ətrafında baş verən problemlər aradan qalxdığı üçün teatr yeni tamaşa ilə tamaşaçıların görüşünə gələcək.

Bu barədə teatrın rəhbəri Elmin Bədəlov "Oxu zalı"na məlumat verib.

Onun sözlərinə görə, ikinci qayıdışda teatr “Arzular bağı” adlı yeni tamaşanı nümayiş etdirəcək:

“Azərbaycanda ilk dəfə səhnələşdirilən eyniadlı tamaşanın müəllifi Pərviz Bəşərdüstdür. Tamaşa professional rejissor və aktyorlar tərəfindən hazırlanıb”.

Belə ki, tamaşanın rejissoru İmam Gassan, bəstəkarı Ayaz Qəmbərlidir.

Tamaşadakı rolları əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edəcək.

Tamaşa 21 və 22 dekabr saat 19:00-da nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır.

Tamaşanın informasiya dəstəkçisi Elitar.Az saytıdır. Biletləri əldə etmək və ünvanı tapmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq olar.

Tel: 050 394 48 64 və 070 219 83 33

Ünvan: Tarqovı, İSR Plazanın arxası - Topçubaşov küçəsi 38-də yerləşən ZİRZƏMİ məkanı

Günün bütün mövzuları

XS
SM
MD
LG