Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36
-
“Kaspi” qəzeti avronun bahalaşdığını yazır.

“Dünya bazarında son günlər yeni rekorda imza atan avro manata nisbətən ciddi şəkildə möhkəmlənməkdədir. Yalnız ABŞ dollarına nisbətən birbaşa kursu müəyyənləşdirilən Azərbaycan milli valyutası Avropa pulunun qlobal arenadakı möhkəmlənməsi fonunda dəyər itirməkdədir. Dollara nisbətən mövqelərini qoruyub saxlayan və hətta son 1 ildə ABŞ valyutasını daxili bazarda sıxışdıra bilən manatın məzənnəsi avronun möhkəmlənməsi fonunda dəyişməkdədir”

Qəzet yazır ki, bu Avropadan gətirilən malların qiymətinə də təsirsiz ötüşməyəcək.

Qəzetə görə, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. “İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı qeyri-neft sektorunun inkişafını tormozlayır”.

İLHAM ƏLİYEV: “1990-CI İLLƏRDƏ BU, BELƏ DEYİLDİ”

"Şahdəniz-2" ilə bağlı sazişin imzalanma mərasimi

"Şahdəniz-2" ilə bağlı sazişin imzalanma mərasimi

“Azərbaycan” qəzeti prezident İlham Əliyevin dekabrın 17-də Bakıda, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimindəki çıxışını dərc edib.

“Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir.

Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.

QAZPROM ARDNŞ-Nİ YUNANISTAN BAZARINDAN ÇIXARIR?

“Turan” informasiya agentliyi yazır ki, dekabrın 17-də Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın DESFA qazpaylayıcı şirkəti arasında saziş imzalanması pozulub.

“Formal olaraq sazişin pozulması baş nazir Antonis Samarasın başçılığı ilə Yunanıstanın nümayəndə heyətinin Bakıya uça bilməməsi nəticəsində pozulub. Təyyarə 16 dekabrda Afinadan uçub, amma nasazlıq üzündən yerə enməli olub, deyə Yunanıstan KİV-i bildirir. Başqa təyyarə tapılmayıb”.

“Amma çərşənbə axşamı məlum olub ki, “Qazprom” 16 dekabrda DEPA-nı DESFA ilə birgə almaq təklifi irəli sürüb” – “Ekathimerini” qəzeti belə yazır. DEPA-nın özəlləşdirilməsi sonraya saxlanılacaq, deyə həmin gün Yunanıstanın Özəlləşdirmə Agentliyinin (HRADF) rəhbəri Maniatopoulos Constantinos Röyter-ə bildirib.

NÖVBƏDƏ CƏNUBİ QAFQAZDIR

Politoloq Vəfa Quluzadə

Politoloq Vəfa Quluzadə

“Ukraynadan sonra hədəf Cənubi Qafqazdır”. Bunu “Azadlıq” qəzetinə müsahibəsində politoloq Vəfa Quluzadə deyib:

“MDB məkanında yeni nəsil formalaşıb. Bu yeni nəsil Qərblə daha fəal münasibətlərin qurulmasında maraqlıdır. Ermənistan da Avropa Birliyi ilə inteqrasiyada maraqlıdır. Əslində Ermənistan Rusiyadan Azərbaycandan daha çox çəkib. Azərbaycanın təbii resursları bu dövləti bir qədər vəziyyətdən çıxarır. Amma Ermənistanda bu imkanlar yoxdur. Bu baxımdan Azərbaycan və digər sovet ölkələri Avropa Birliyinin gündəmində olub. Bundan sonra da bu proses davam edəcək.

Belarus da artıq hazırkı siyasətini uzun müddət davam etdirə bilməz. Bu dövlət də bir gün Avropa Birliyinə inteqrasiyanın zəruri olduğunu anlayacaqdır. Burada adi müqayisə durumu bəlli edir. Rusiya ilə Avropa Birliyinin iqtisadi imkanlarını müqayisə edin. Hansı parlaq gələcək vəd edə bilər? Əlbətdə Avropa Birliyi”.

YENİ İLİN BİR GECƏSİ 400 MANATA

“Yeni ilin 1 gecəsini 400 manat eləməklə turistləri başqa ölkəyə qaçıra bilərlər”.
ANS PRESS-in məlumatına görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfərz Qarayev jurnalistlərə açəqlamasında deyib:

“Bu sahibkarlar arasında rəqabətdir. Qiymət artımı ancaq həftə sonu baş verə bilər. Ayrı günlər qiymətlərin artması qeyri-mümkündür, qadağandır. Sahibkarlar özləri düşünməlidirlər ki, Quba rayonunda Yeni il bayramının 1 gecəsini 400 AZN eləməklə turistləri başka ölkəyə qaçıra bilərlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG