Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Jurnalistlərin həbsinə görə Azərbaycan ilk onluqdadır


Jurnalistləri Müdafiə Komitəsi

Jurnalistləri Müdafiə Komitəsi

-
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 18-də jurnalistlərin ən çox həbs olunduğu ölkələrin siyahısını açıqlayıb.

Komitənin məlumatına görə, siyahıya Türkiyə liderlik edir. Hazırda bu ölkədə 40 jurnalistin həbsdə olduğu bildirilir. Siyahıda 2 və 3-cü yerləri İranla (35 jurnalist) Çin (32 jurnalist) bölüşür.

Hesabata görə, 2013-cü ildə dünyada peşə faliyyəti ilə bağlı 211 jurnalist həbsdə olub, onlardan 107-i Türkiyə, İran və Çinin payına düşür.

Siyahıda Azərbaycan da ilk onluqdadır. Ən çox jurnalistin həbsdə olduğu ölkələrin onluğu belə tamamlanır. Eritreya, Viyetnam, Suriya, Azərbaycan, Efyopiya, Misir və Özbəkistan.

Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi dünyada mətbuat azadlığının təmin edən müstəqil, qeyri-kommersiya təşkilatıdır.

Media Hüququ İnstitutunun məlumatına görə, hazırda Azərbaycanda 9 jurnalist, 3 bloqçu həbsdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG