Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Dekabrın 18-i Beynəlxalq Miqrantlar günüdür


Rusiyada miqrantlar
Rusiyada miqrantlar
-
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Ki Mun bu münasibətlə ictimaiyyətə müraciət edib.

Baş katib müraciətində dünya miqyasında 232 milyondan çox miqrant olduğunu və bu insanların öz ölkələrindəki çətin şəraitdən qaçarkən insan hüquqlarının pozulması, yoxsulluq və ayrı-seçkilik kimi daha böyük problemlərlə üzləşdiyini vurğulayıb:

“Bu miqrantların qorxu və əminsizlikdən daha güclü hiss olan yaxşı həyata ümid və cəsarətləri var. Bu insanlara düzgün dəstək göstərilərsə, onlar cəmiyyətin inkişafına böyük töhfə verə bilərlər. Miqrasiya haqlı olaraq dünya ictimaiyyətinin marağını hər gün bir az daha çox cəlb edən qlobal məsələdir.”

Baş katib Beynəlxalq Miqrantlar Günündə, üzv dövlətləri bu məsələ ilə bağlı bütün sənədləri təsdiqləməyə və həyata keçirməyə çağırıb:

“Harada olmağından və hansı statusa sahib olmağından asılı olmayaraq bütün miqrantların hüquqlarının müdafiəsini necə təmin edə biləcəyimiz barədə prinsipial, praktik və yaradıcı müzakirəni təşkil etməyə çağırıram”.

2000-ci il dekabrın 4-də BMT Baş Assambleyası dekabrın 18-ni Beynəlxalq Miqrantlar günü elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG