Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

ABŞ-ın iri şirkətləri Obamaya müraciət etdi


ABŞ prezidenti Barak Obama

ABŞ prezidenti Barak Obama

-
ABŞ prezidenti Barack Obama Amerikanın iri şirkətləri olan Apple, Microsoft, Google, Yahoo, Twitter və Facebook rəhbərləri ilə görüşüb.

AzadlıqRadiosunun Vaşinqton bürosunun məlumatına görə, görüş zamanı şirkət rəhbərləri Obamanı Milli Təhlükəsizlik Agentliyinin elektron izləmələrini məhdudlaşdırmağa çağırıblar.

Görüş bağlı qapılar arxasında keçirildiyi üçün detallar barədə məlumat verilmir. Amma şirkət rəhbərlərinin birgə bəyanatına görə, onlar ABŞ prezidentini elektron informasiya toplama sistemində islahatlara çağırıblar.

Ağ Ev aparıcı şirkət rəhbərlərinin təkliflərini dinləməyə hazır olduğunu bildirib.

Gələn ilin yanvarından prezident administrasiyasının kəşfiyyat məlumatlarının toplanmasının məhdudlaşdırılması ilə bağlı addımlar atacağı gözlənilir.

Şirkət rəhbərlərinin Ağ evdəki görüşündən bir gün əvvəl Vaşinqton federal məhkəməsi belə qərara gəlib ki, ABŞ-da mobil telefonların elektron izlənməsi ölkə konstitusiyasının dördüncü düzəlişinə ziddir. Sözügedən düzəliş insanların şəxsi həyatını dövlətin müdaxiləsindən qoruyur.

ABŞ-da mobil telefon danışıqlarının kütləvi dinlənilməsi məsələsi bu ilin yayında Amerika Milli Təhlükəsizlik Agentliyinin oğurlanmış keçmiş əməkdaşı Edward Snowden-in açıqladığı məlumatlar əsasında hazırlanan məqalənin yayılmasından sonra gündəliyə gəlib. ABŞ-dan qaçan Snowden hazırda Rusiyada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG