Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:59

Səninçün bir gözəl ölüm vardı, onu da ölüb-oğurladılar...


Könül Həsənqulu
Könül Həsənqulu
-

Könül Həsənqulu


YENİ ŞEİRLƏR


RİYAZİYYAT

17 x 2


Dünən
O göydələndən bir qız əydi boynunu aşağı
Ağırçəkili baxışlarını
Qara örpək kimi küçə fənərlərinin boynuna saldı
Söndü küçənin işıqları...
Əzildi təkər altında
Maşın yolunu keçən zolaqlı pişik balası
Hələ də
Qulaqlarımdadır o zavallının ağrısı

Saat
Axşam altının yarısı... Küçə tamamən qaranlıqlaşdı
Qız
Sağ tərəfə əyib boynunu
Hz.İsa duruşuyla hər iki yana açdı qollarını
Və ordan özünü yerə atdı –
Sanki, sarıldı gecənin boynuna, qucaqladı qaranlığı
Çəkdi qaranlığın üzünə bir təbəssüm –
Qan qırmızısı!

Dünən...
Atdı özünü bir qız
O binanın on yeddisindən
Özü də on yeddisində olardı təxminən
Asfalta dağıldı ipək kimi saçları
Qanı...

Duruxdum!..
Niyəsini bilmədən onun yaşını ikiyə vurdum
Və sən yadıma düşdün, əziz dostum...
Və onlar
Və çəkdiyin iztirablar –
Bərbərxanada kəsdirib yerə tökdüyün uzun saçlar
Biləyindən zorla ayırdığım bıçaqdan yerə daman qanlar...

Düşündüm:
“Bu gün
Səninçün bir gözəl ölüm vardı,
Onu da
Ölüb-oğurladılar...”


Yuxusuzluq

Avqustda
Gecənin ən dəli saatlarında çökür yuxusuzluq

Güzgünün önündə
Saçımın buruqlarını sayıram:
Bir
İki
Üç
Dörd
Beş
Altı
Yeddi
Səkkiz

Sonra onları sənin bir əlinə – beşə
Sonrasa hər iki əlinə – ona vururam

Hesablayıram
Sənin günorta sığalından sonra
Barmaqlarının arasında
Haçalanıb-çoxalan buruqları

Hə... Yəqin ki, hardasa səksən olardı
On hissəyə ayrılmış buruqlar daha çox indi
Bu yuxusuz bənizə yaraşardı

De
Sevgilim
Əllərin hardadı?
XS
SM
MD
LG