Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

Erdoğan Hakan Şükür-ə parlamentin qapısını göstərdi


Recep Tayyip Erdoğan

Recep Tayyip Erdoğan

-
Türkiyənin baş naziri Recep Tayyip Erdoğan keçmiş futbol ulduzu, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilmiş Hakan Şükür-ün AKP-dən istefasına münasibət bildirib.

Erdoğan deyib ki, «Gözləmirdim, ona yaraşdırmadım. Dürüstdürsə, parlamentdən ayrılmalıdır».

Erdoğan deyib ki, bir adam bir partiya bayrağı altında seçkiyə gedirsə, həmin partiya ilə birlikdə hərəkət etməlidir:

«Ayrılırsa, təkcə partiyadan ayrılmaz. Dürüstdürsə, parlamentdən, millət vəkilliyindən də ayrılar. Çünki parlamentə müstəqil olaraq getməmisən. Ancaq bu hər kəsə nəsib olan bir şey deyil».

Dekabrın 16-da Hakan Şükür AKP-dən ayrıldığını bəyan edib. O, bunu hökumətin dərsanələri – ali məktəblərə özəl hazırlıq kurslarını bağlamaq planlarına etiraz olaraq etdiyini bildirib.

Hakan Şükür parlamentə 2011-ci ildə AKP-dən irəli sürülən namizəd kimi seçilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG