Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Qərargahı olmayan siyasi təşkilat və QHT-lər fəaliyyət göstərə bilməyəcək


Milli Məclis

Milli Məclis

Milli Məclisdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilib.

Düzəlişlərə əsasən, yerli və xarici hüquqi şəxslərə məxsus filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilən dəyişikliklər yalnız qeydiyyata alındıqdan sonra qüvvəyə minir.Yəni filial və ya nümayəndəliklər qüvvəyə minməmiş dəyişikliklər əsasında fəaliyyət göstərə bilməzlər.

Başqa bir düzəlişə görə isə siyasi partiya və təşkilatlar, habelə QHT-lər baş qərargahları, ünvanları barədə sənəd təqdim etməli olacaqlar və əks halda, onlar qeydiyyata alınmayacaq və fəaliyyətləri qadağan ediləcək.
XS
SM
MD
LG