Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Vəkil Anar Məmmədli ilə görüşüb


-
«Mənə qarşı irəli sürülmüş ittihamlar saxta və siyasi sifarişlidir».

Bunu dekabrın 17-də vəkili Elçin Sadıqovla ilə görüşündə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil deyib ki, ittihamların heç bir hüquqi əsası yoxdur.

Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Dekabrın 16-da onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda o, Nərimanov rayon Polis İdarəsinin təcridxanasında saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG