Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

«Ağa Məhəmməd şah Qacar» Naxçıvan səhnəsində də göstəriləcək


Ağa Məhəmməd şah Qacar

Ağa Məhəmməd şah Qacar

-
Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin «Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar» tarixi dramı əsasında «Ağa Məhəmməd şah Qacar» tamaşasının məşqlərinə başlanılıb.

Əli Əmirlinin AzadlıqRadiosuna bildirdiyinə görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada Ağa Məhəmməd şah Qacarı Naxçıvan Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev canlandıracaq. Xalq artisti Yasəmən Ramazanova Hökmdarın anası Ceyran xanımı, Xalq artisti Rza Xudiyev Cəfərqulu xanı, Əməkdar artist Bəhruz Haqverdiyev xidmətçini oynayacaq. Digər rollarda Əməkdar artistlər Əbülfəz İmanov (Şeyx Cəfər Tonkabuni), Xəlil Hüseynov (Axund Hacı Babək), aktyorlar Zakir Fətəliyev, Səyyad Məmmədov, Elnur Rzayev, Nurbəniz Niftəliyeva çıxış edəcəklər.

Xatırladaq ki, əsasən müasir mövzular müəllifi kimi tanınan dramaturqun tarixi mövzuda yazdığı bu əsər 2013-cü ildə Akademik Milli Dram Teatrında Xalq artisti Azər Paşa Nemətin quruluşunda «Şah Qacar» adı ilə tamaşaya qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG