Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

Siyasi partiyalar Anar Məmmədli ilə bağlı bəyanat yayıb


Ümid Partiyası Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsini pisləyir.

Partiyanın bəyanatında quruma qarşı baş verən təzyiqlərə son qoyulması, Anar Məmmədlinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, obyektiv məhkəmə araşdırmasının aparılması tələb olunur.

Vətəndaş və İnkişaf Partiyası da Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanat müəllifləri Anar Məmmədlinin qondarma ittihamla həbs olunması pisləyir. Bu addım hakimiyyətin öz tənqidçilərinə yönələn qisas aktı kimi qiymətləndirilir.

Bəyanatda qeyd olunur ki, A.Məmmədlinin həbsi ölkənin onsuz da korlanmış beynəlxalq nüfuzuna növbəti zərbədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG