Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Anar Məmmədli Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlanır


-
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hazırda Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlanılır.

Məlumatı mərkəzin koordinatoru Samir Kazımlı verib.

Samir Kazımlı bildirib ki, Anar Məmmədliyə artıq iki vəkil tutulub: bunlar Rəşid Hacılı və Elçin Sadıqovdur.

Anar Məmmədli dekabrın 16-da həbs olunub. O, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda təqsirli bilinir.

Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
XS
SM
MD
LG