Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:46

"Mixaylo"nun poeması ilk dəfə çap edildi


-

"Qələm" nəşriyyatı Azərbaycan xalqının nasizmlə mübarizədə böyük şücaətlər göstərmiş qəhrəman oğlu Mehdi Hüseynzadə haqda "Əfsanəvi Mixaylo" kitabını çap edib.

Məlumatı Bakı Kitab Klubu yayıb.

Şəmistan Nəzirlinin kitabı yeni arxiv materialları və nadir sənədlər əsasında yazılıb.

Təkcə Azərbaycanda deyil, İtaliya, keçmiş Yuqoslaviya ərazisində də yenilməz qəhrəman kimi tanınan Mixaylo-Mehdi Hüseynzadə haqda bu kitabda onun bacılarının, məktəb və tələbə dostlarının xatirələrinə xüsusi yer verib.

Cəmi 26 il yaşayan Mehdi şair və rəssam, hazırcavab bir gənc idi.

Kitabda onun ilk gəncliyində və əsirlikdə olanda “Qürbətzadə” imzası ilə yazdığı şeirlər və 1935-ci ildə qələmə aldığı poema ilk dəfə oxuculara təqdim olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG