Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40
-
Ukrayna müxalifəti tərəfdarlarını bu gün axşam Azadlıq meydanına toplaşmağa çağırıb.

Məqsəd Ukraynanın Rusiya, Belarus və Qazaxıstanın birləşdiyi Gömrük İttifaqına daxil olmasına yol verməməkdir.

Bu gün Moskvada Viktor Yanukoviçin və Vladimir Putinin sədrliyi ilə Rusiya-Ukrayna dövlətlərarası komissiyasının altıncı iclası keçiriləcək. Görüşün nəticələri ilə bağlı ondan çox sənəd imzalana bilər.

Müxalifət Yanukoviçin Rusiyaya "Ukraynanı satmağa" getdiyini, Gömrük İttifaqına qoşulmaqla bağlı saziş imzalayacağını istisna etmir.

Kiyevdə ümid edirlər ki, bu danışıqlar çərçivəsində Moskvadan iri kredit ala və qaz problemini həll edə bilərlər.

Bu gün Ali Rada da növbəti iclasını keçirəcək. "Batkivşşina» fraksiyasından olan millət vəkili Vladimir Yavorivski baş nazir Nikolay Azarovun istefası tələbi ilə layihə hazırlayıb.

Müraciəti 200-dən çox deputat imzalayıb. Müxalifət hökumət başçısının pensiya yaşına çatması ilə bağlı onun işdən çıxarılması üçün təkid edir.

Nikolay Azarovun bu gün 66 yaşı tamam olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG