Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

"Türkiyə cəmiyyətinin əxlaqını pozmaqda" ittiham edildilər


Guillaume Apollinaire, 1902

Guillaume Apollinaire, 1902

-

Türkiyədə naşir və tərcüməçini cəmiyyətin əxlaqını pozmaq ittihamı ilə mühakimə edəcəklər. Təqsirkar bilinsələr, 10 ilə qədər həbs cəzası ala bilərlər.

Onlar fransız yazarı Guillaume Apollinaire-ə aid edilən "Les Exploits d'un Jeune Don Juan" (Gənc Don Juanın şücaətləri) romanını türkcəyə çevirərək çap ediblər.

100 il qabaq nəşr edilmiş kitab 15 yaşlı yeniyetmənin cinsi oyanışı, malikanədəki qadınlar, o cümlədən xalası ilə seksual əlaqələrindən bəhs edir.

Ismail Yerguz-un "Sel Yayincilik" üçün çevirdiyi roman 2009-cu ildə çıxmışdı.

Həmin il məhkəmə iddiası ilə üzləşsə də, ədəbiyyatşünaslar kitabın sənət əsəri olması haqda rəy vermişdilər.

Amma 2013-cü ildə Türkiyənin Ali Məhkəməsi həmin qərarı ləğv edib və əsərin "heç bir bədii dəyərə malik olmadığını" bildirib. Qeyd edib ki, roman "uşaqdan istifadə etməklə", "küçə leksikonundan yararlanmaqla", "normadan kənar, qeyri-təbii, lesbian, hətta heyvanlarla əlaqəli seksual münasibətləri təsvir etməklə" ehtiras oyandırmaq məqsədi daşıyır, "vulqar, bəsit ifadələrlə doludur".

Məhkəmə 1971-ci ildə Britaniyada Søren Hansen və Jesper Jensen-in "Little Red Schoolbook" kitabının qadağan olunmasına president kimi istinad edir.

Həmin kitabın uşaqlar üçün cinsi tərbiyə dərsliyi olduğu deyilsə də, kitabdakı açıq-saçıq təsvirlər qalmaqala səbəb olmuşdu.

Britaniya Məhkəməsinin qərarını Avropa İnsan Haqları Məhkəməsi də dəstəkləmişdi.

İndi Türkiyədə Apollinaire-in romanına görə "Sel Yayincilik" yenidən mühakimə ediləcək.

Fransanın bir neçə nəşriyyatı, eləcə də Fransa Tərcüməçilər Birliyi türkiyəli həmkarlarını dəstəkləyən bəyanatlar veriblər.

The Guardian

Günün bütün mövzuları

XS
SM
MD
LG