Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Dünyada ən çox satılan kitablar - Amazon


Khaled Hosseini "And the Mountains Echoed" romanını Milanda təbliğ edir, 17 oktyabr 2013

Khaled Hosseini "And the Mountains Echoed" romanını Milanda təbliğ edir, 17 oktyabr 2013

-

Dünyanın ən böyük on-line satış şəbəkəsi olan amazon.com 2013-cü ilin ən çox satılan kitablarının siyahısını açıqlayıb.


Amerika yazıçısı Dan Brown-un "Inferno" (Cəhənnəm) romanı birincidir.

Romanın baş qəhrəmanı Brown-un əvvəlki romanlarından oxuculara tanış olan prof. Robert Langdon-dur.

O, Dante-nin «İlahi komediya»sının "simvollarının gizlinlərini açır".

İkinci pillədə əslən Əfqanıstandan olan Amerika yazıçısı Khaled Hosseini-nin "And the Mountains Echoed" (Və dağlardan səda gəldi) romanı qərarlaşıb.

“Və dağlardan səda gəldi” romanının süjeti sırf Əfqanıstanla bağlı deyil, hadisələrin baş verdiyi çoğrafiya daha genişdir: Kabil, Paris... Yunanıstan, Kaliforniya...

Əsər Khaled Hosseini yaradıcılığına xas ailə dramına əsaslanır.

Sabur adlı kasıb kəndli uşaqlarından birini – qızı Pərini zəngin, amma sonsuz bir ailəyə satmağa qərar verir, bununla da Pərini dünyalar qədər istədiyi qardaşı Abdulladan ayırmış olur... Bu onların hər ikisinin həyatını dəyişir.

"Harry Potter" haqda kitabların müəllifi, artıq böyüklər üçün romanlara keçmiş Britaniya yazıçısı J.K.Rowling-in "Robert Galbraith" təxəllüsü ilə yazdığı "The Cuckoo’s Calling" romanı üçüncüdür. Roman Əfqanıstanda hərbi xidmət zamanı yaralanan və özəl detektiv olaraq çalışan Cormoran Strike-ın bir manikenin intiharını araşdırmasını anladır.

Ən çox satılan kitabların tam onluğu isə belədir:

1. "Inferno", Dan Brown
2. "And the Mountains Echoed", Khaled Hosseini
3. "The Cuckoo’s Calling", Robert Galbraith
4. "The Husband’s Secret", Liane Moriarty
5. "Lean In: Women, Work, and the Will", Sheryl Sandberg
6. "The Hit", David Baldacci
7. "Sycamore Row", John Grisham
8. "Entwined with You", Sylvia Day
9. "Never Go Back", Lee Child
10. "The Storyteller", Jodi Picoult

Günün bütün mövzuları

XS
SM
MD
LG