Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16
Türkiyədə keçmiş futbol ulduzu, hakim Ədalər və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilmiş Hakan Şükür bu partiyadan ayrıldığını bəyan edib. O, dekabrın 16-da yayılan yazılı bəyanatında bu addımı hökumətin Dərshanələri – universitetlərə özəl hazırlıq kurslarını bağlamaq planlarına etiraz olaraq atdığını bildirir:

“Türkiyədə təhsilin həll edilməsi vacib olan onlarca problem var. Amma sanki bütün problemlərin tək səbəbinin dərshanələr olduğunu göstərmək kimi bir yanaşma ədalətli deyil. Bu yanaşma partiyanın son 11 ildə apardığı siyasətlə uyğun gəlmir.”

Hələlik hakim partiyadan Hakan şükür-ün istefasına hər hansı reaksiya yoxdur.
Türkiyə Baş naziri Recep Tayyib Erdogan islamçı təmayüllü partiyası – AKP noyabr ayından etibarən hazırladıqları qanun layihəsində adı çəkilən dərshanələrin bağlanması nəzərdə tutulur.

Hökumətin planına görə, ali məktəblərdə hazırlıq üçün Türkiyədə çox geniş yayılan, az qala hər bir yuxarı sinif şagirdlərinin Universitetlərə qəbul imtahanına azı 1 il qalmış getdiyi məktəbdənkənar hazırlıq kursları, o cümlədən əlavə istedad tələb edən kurslar qapadılacaq.

Hökumət əmin etməyə çalışır ki, bu dərshanələrin qapadılmasının səbəbi ümumilikdə təhsil islahatı – orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasıdır.

Ancaq eyni Erdogan hökuməti uzun illər dərshanələri müdafiə etdiyindən indi bu planların birbaşa təhsillə bağlı olmasına inananlar azdır.

42 yaşlı Hakan Şükür 2011-ci ildə hakim AKP-dən irəli sürülən namizəd kimi parlamentə seçilib.

Futbolçu kimi karyerasına Sakaryaspor-da başlana Şükür bir zamanlar ölkəsində zirvədə olan oyunçu idi. Uzun müddət ölkə çempionu Qalatasarayda, İtaliya komandalarında oynayıb.

2008-ci ildə futboldan kənarlaşan Hakan Şükür ondan sonra telekanalların ən çox qazanan futbol şərhçilərindən idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG