Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

“Cənnətdən yuxarı...”


-

Təranə Vahid sözü YERDƏ yox, GÖYDƏ axtaranlar və CƏNNƏTDƏN YUXARIDA yaşayanlar üçün kitab yazdı.

Bu günlərdə onun “Cənnətdən yuxarı...” adlı ilk nəsr kitabı işıq üzü görüb. Kitaba dramaturq Əli Əmirli ön söz yazıb. Kitabın redaktoru şair Qulu Ağsəsdir.

Azərbaycan Yazıçılar Birliyinin və “525-ci qəzet”in birgə layihəsi ilə “Mütərcim” Nəşriyyatında çap olunan kitabda Təranə Vahidin hekayələri, esseləri və miniatür duyğuları yer alıb.

T.Vahidin əsərləri son il yarımda "Oxu zalı"nın "Seçmə hekayələr" rubrikasında davamlı çap edilib. Bu rubrikada Münsif ona imzasız təqdim edilmiş əsərlər arasından ən yaxşılarını seçib çapa münasib bilir.

“Cənnətdən yuxarı...” kitabının imza günü dekabrın 23-də, saat 14:00-da AYB-nin Natəvan klubunda keçiriləcək. Hər kəs təqdimata dəvətlidir.
XS
SM
MD
LG