Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21

Catherine Ashton: "Ukrayna ilə istənilən maliyyə problemi aradan qaldırıla bilər"


Viktor Yanukovych və Catherine Ashton

Viktor Yanukovych və Catherine Ashton

“Ukrayna prezidenti Viktor Yanukovychin Avropa Birliyi ilə asosasiya sazişi imzalamasına mane olan istənilən maliyyə problemlərini həll eləmək olar”.

Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Aston xarici işlər nazirlərinin Brüssel görüşündə deyib.Aston hesab edir ki, bu problemlərin bir qisimini Avropa Birliyinin dəstəyi, bir qismini maliyyə institutları, qalanlarını izə özəl sektorlar vasitəsi ilə həll etmək olar.O həmçinin qeyd edib ki, bu məsələ Avropa-Rusiya münasibətlərinə xələl gətirməməlidir.

İsveçin xarici işlər naziri Carl Bildt isə Ukrayna prezidenti Yanukovychi hər dəfə bir söz danışmaqda tənqid edib.Amma Carl Bildt Avropa Birliyinin Kiyevdən gələn istənilən dəqiq siqnala cavab verməyə hazır olduğunu bildirib.Bildt həmçinin Rusiyanı Kiyevə təzyiq göstərməkdə təqnid edib.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Müxalifət hökumətin istehfasını və vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG