Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:26

Gürcü ədəbiyyatının klassiki, sınmaz ziyalı vəfat etdi


Chabua Amirejibi
Chabua Amirejibi
-

20-ci əsr gürcü ədəbiyyatının klassiki Çabua Amirecibi 92 yaşında vəfat edib.

Son illərdə ağır xəstə olan yazıçı nitq qabiliyyətini də itirmişdi.

Amirecibinin ən məşhur romanlarından biri “Data Tutaxşia”ya film də çəkilib.

Əsər inqilabaqədərki Gürcüstan cəmiyyətindən bəhs edir. İki qardaşın mürəkkəb münasibətləri, həqiqət axtarışları, taleləri haqdadır.

Zadəgan nəslindən olan, düşündüyünü deməkdən çəkinməyən Amirecibi sovet dövründə təqib edilib.

Silahlı üsyan təşkilatçılığında suçlanıb.

İki dəfə vətən xaini elan edilib, güllələnmə cəzası alıb, 3 ay ölüm kamerasında yatıb.

Ona kəsilmiş həbs cəzası hökmlərini toplayanda 83 il edir.

Əsərlərinə senzorlar daim problem yaradıb.

70-ci illərin ortalarında “Data Tutaxşia”nı çapa təqdim edəndə də belə demişdi: “İnanmıram ki çap edəsiniz, amma 15 ildən sonra bu əsər klassika olacaq”.

Amma əsər işıq üzü görür və dərhal bestsellerə çevrilir.

Amirecibi öz ideallarına xəyanət etməyib.

Hesab edib ki, əsl ziyalını ələbaxımlılığa öyrətmək olmaz.

Bütün ömrünü də belə yaşayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG