Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Qərb İranın danışıqlara dönəcəyinə ümidlə yanaşır


Catherine Ashton
Catherine Ashton
Qərb rəsmiləri İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına ümidlə yanaşırlar.

Danışıqlar ötən həftə müzakirələr üçün dayandırılıb.Buna səbəb ABŞ-ın nüvə silahı sahəsində İranla əməkdaşlıq edən bir sıra şirkətləri yenidən qara siyahıya salması olub.

Avropa Birliyinin xarici siyasıt məsələləri üzrə rəsmisi Catherine Aston bu gün xarici işlər nazirlərinin Brüssel görüşündə danışıqların tezliklə bərpa olunacağına ümidlə yanaşdığını deyib.Həmçinin Böyük Britaniyanın xarici işlər naziri William Hague danışıqların bərpasını gözlədiyini deyib.

İranla 6 aparıcı dünya ölkəsi bu yaxınlarda İranın uran zəngiləşdirməsi üzərində işi dayandırması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirməsi barədə razılığa gəliblər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləmkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG