Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:57
-
«İcra başçısı Xırdalanın mərkəzini bayram küknarı kimi bəzəyir. Görəsən, ara küçələrində baş verənlərdən xəbəri var?».

Bu sual Xırdalan sakini Xanənisə Səfərovadandır. O, AzadlıqRadiosunun «Qaynar xətt»indən səslənərək yerli icra hakimiyyətinin başçısını ara küçələrə dəvət edir:

«Gəlsin görsün son günlərin yağışı bu ara küçələrdə yaşayanların güzəranını necə əlindən alıb. Evin içinə qədər suda oturmuşuq. Küçəyə çıxmaq mümkün deyil. Yolun bu üzündən o üzünə keçə bilmirik».

Deyirlər yağış ruzi-bərəkət rəmzidir. Ancaq Xanənisə Səfərova ailəsinin başına gələnlərdən sonra belə düşünmür:

«Oğlum nüfuzlu telefon şirkətlərindən birində işləyirdi. Ciddi iş rejimi vardı. 2 gün işə gedə bilmədi. Zəng vurub rəhbərliyə deyəndə ki, gölməçənin ortasında qalmışıq, yolu keçə bilmir, oğluma güldülər. Elə bildilər bəhanə edir. Çox düşük bəhanə adlandırıb işdən çıxardılar».

XALQ ÜÇÜN YOX, GÖRÜNTÜ ÜÇÜN…

Ancaq Xanənisə Səfərova bu məsələdə təkcə yağışı günahlandırmır. Təqsirin böyük hissəsini yerli icra hakimiyyətində və bələdiyyədə görür:

«Gəlin görün Xırdalanın mərkəzini necə bəzəyirlər. Uca binalar tikirlər, parklar salırlar, ağacları gah qırırlar, gah təzəsini əkirlər. Bir küçənin asfalt örtüyünü az qala on dəfə dəyişirlər. Beləcə, büdcənin belinə minib sürürlər. Xırdalanda hər şey xalq üçün deyil, görüntü üçündür».

Abşeron rayon İcra Hakimiyyətindən bildirdilər ki, Xırdalanda yeni tikililərin artması ilə əlaqədar kanalizasiya xətləri son vaxtlar yüklənib. Xətlərdə tıxaclar yarananda ilkin tədbirlər görülsə də, bu, problemin qarşısını almır. Yeni xətlərin çəkilməsinə ehtiyac var və artıq bu işlərə başlanıb. Yerli icra hakimiyyəti problemi müvəqqəti hesab edir və dözməkdən başqa çıxış yolu görmür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG