Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Düşərgədən küçəyə, küçədən kirayələrə…


Qaçqın və məcburi köçkünlərin yaşayış yerlərindən biri

Qaçqın və məcburi köçkünlərin yaşayış yerlərindən biri

-
Elgiz Tağızadə Laçın köçkünüdür. AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayəti də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəndir. İstəyi də mənzil probleminin həll olunmasıdır:

“1992-ci ildən Qəbələ rayonunda keçmiş “Lalə” pioner düşərgəsində məskunlaşmışıq. 2004-cü ildə düşərgə rəhbərliyindən icazə alaraq özümə bir otaqlı, hamamı, mətbəxi olan ev tikib əlavə etdim. Atamın ailə təsərrüfatından ayrılıb ayrıca ailə təsərrüfatı oldum. Laçın icra hakimiyyətindən bu barədə arayışım da var. Həmin sənədi “Qaçqınkom”un yerli şöbəsinə də təqdim etmişəm. 2006-cı ildə qazanc dalıyca Rusiyaya getdim, 3 ildən sonra geri qayıdanda məlum oldu ki, “Qaçqınkom” bizim oradakı əşyalarımızı çıxarıb çölə töküb. Mənə başqa yerdə yaşayış yeri də verilməyib. Bəhanə gətirirlər ki, niyə Rusiyaya getmisən. Əgər mən ölkəmdə çörək tapmıramsa, başqa ölkəyə çörək dalıyca gedəndə “Qaçqınkom”dan icazə istəməliydim? Hansı qanunda yazılıb bu?”

NÖVBƏTİ ŞƏHƏRCİKLƏR SALINANDA...

Elgiz Tağızadə deyir, inzibati binalarda məskunlaşmış qaçqın, köçkün ailələrinə yeni tikilən şəhərciklərdən mənzil verilib. O isə ailəsi ilə bir müddət küçədə qalıb, indi kirayələrdədir.

“Qaçqınkom”dan deyirlər ki, köçkünlər üçün tikilən şəhərciklərə inzibati binalarda məskunlaşmışlar köçürülür. Elgiz Tağızadə bu kateqoriyaya aid olmadığına görə, o, inzibati binalardakı köçkünlər yerləşdirildikdən sonra – növbəti şəhərciklər salınanda mənzillə təmin olunacaq.

Köçkün razılaşmır:

“Onlar məni inzibati binadan çıxarıb töküblər çölə - düşərgədən. Təbii ki, 3 il əvvəl oradan çıxarılmışam və bu müddəti küçədə qalmalı deyildim. Mən düşərgədə yaşayış otağı və köməkçi otaqlar tikmişəm, uzun illər orada yaşamışam”.

“ÇIXIŞ YOLU MƏHKƏMƏDƏDİR”

Hüquqşünas Namizəd Səfərov məsləhət görür ki, uzun illər inzibati binada məskunlaşmasını və orada sığınacaq tikdiyini sübut edən halları məhkəməyə təqdim etsin:

“Bilirsiniz ki, son illər qaçqın və köçkünlərin inzibati binalardan onlar üçün inşa edilən yaşayış binalarına köçürülməsi intensivləşib. Əgər Elgiz Tağızadə uzun illər düşərgədə məskunlaşması barədə halları məhkəməyə təqdim etsə, məhkəmə onun yeni tikilən qaçqın şəhərciklərindən birinə yerləşdirilməsini birmənalı şəkildə təmin edəcək. Bunun üçün onun orada yaşadığını imzası ilə təsdiqləyən bir neçə keçmiş qonşusunun adından yazılan akt lazımdır. Bir də yaşadığı müddətdə limit şəklində etdiyi kommunal ödənişlərin qəbzləri və sair kifayət edir”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

Hazırda texniki profilaktika aparılır. Şərh yaza bilməzsiniz. Bir neçə dəqiqədən sonra cəhd edin.

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG