Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:09

Azərbaycan mühacirət ədəbiyyatına diqqət artırılacaq


Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyası

-
AMEA Ədəbiyyat İnstitutunda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının redaksiya heyətinin yeni tərkibi təsdiqlənib.

AMEA-nın rəsmi saytının yaydığı xəbərə görə, Rəyasət Heyətinin iclasında çıxış edən Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Kamal Abdulla nəşrlərin nüfuzunun yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, akademik bazalarda təmsil olunması və beynəlxalq elmi ictimaiyyətə tanınmasının vacibliyini vurğulayıb.

K.Abdulla “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının redaksiya heyətinin tərkibinin dəyişdirilməsinə zərurətin həm də nəşrin iki üzvünün - baş redaktor, akademik Mahmud Kərimov və akademik Bəkir Nəbiyevin vəfatı ilə əlaqədar olduğunu bildirib.

AMEA Rəyasət Heyəti Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, redaksiya heyətinin yeni tərkibini təsdiq edib.

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının baş redaktoru, akademik İsa Həbibbəyli, müavini filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı, məsul katib Aynurə Paşayeva seçiliblər.

Redaksiya heyətinin üzvləri Bonn Universitetinin professoru Yeva Mariya Aux, Türkiyədən professor Əli Yavuz Akpınar və Ramazan Korkmaz, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktorları Arif Acaloğlu, Abuzər Bağırov, Ramiz Abutalıbov, Ömər Özcan və Orxan Aras təsdiq olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG