Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:53

Türkiyə vətəndaşları Avropaya vizasız gedəcək


Türkiyə və Avropa Birliyinin bayraqları
Türkiyə və Avropa Birliyinin bayraqları
-
Türkiyə ilə Avropa Birliyi arasında vizasız gediş-gəlişə imkan verən sənəd imzalanıb.

Dekabrın 16-da Ankarada Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu və AB Daxili İşlər Komissarı Cecilia Malmström vizasız rejimlə bağlı sənədə imza atıblar.

Mərasimə baş nazir Recep Tayyip Erdoğan da qatılıb.

Türkiyə mediası bunu tarixi bir gün adlandırır.

Ahmet Davutoğlu deyib ki, tarixi bir nöqtəyə gəliblər:

"Anlaşmanın Türkiyə və Avropa Birliyinə xeyirli olmasını, xalqlarımızın qaynayıb-qarışmasını diləyirəm. Önümüzdə 3 mərhələ var. Birincisi, bu gündən başlayraq, psixoloji inqilab mərhələsi. Qavrayışlar dəyişəcək, Türkiyə və AB xalqları arasında ünsiyyətdə yeni dönəm başlayacaq".

Ahmet Davutoğlu bildirib ki, ikinci mərhələ 3-3.5 il ərzində müvafiq qurumlar arasında çalışmaları əhatə edəcək.
Mərasimdə çıxış edən Recep Tayyip Erdoğan deyib ki, Türkiyə artıq "qaçılan yox, qayıdılan", "iş köçü verən ölkədən xaricdən köç alan ölkəyə" çevriləcək. Erdoğan vizasız rejimin xaricdə yaşayan gənclərin Türkiyədə təhsil almaq arzularına çatmasına yardım göstərəcəyini bildirib.
28 Avropa ölkəsinə vizasız rejim 3 ildən sonra tətbiq ediləcək. Yeni rejim Türkiyə vətəndaşlarına Avropa ölkələrinə 3 aya qədər vizasız gedib-gəlməyə imkan verəcək. Yeni rejim Türkiyənin qonaq kimi qəbul etdiyi Suriya vətəndaşlarına şamil edilməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG