Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Çinin uyğurlar yaşayan bölgəsi Sincanda qiyam olduğu bildirilir


Rəsmi məlumatlara görə, polisin açdığı atəş nəticəsində 14 adam ölüb. 2 polisin də öldüyü bildirilir.

Rəsmi məlumatda deyilir ki, partlayıcılar və bıçaqla silahlanmış şəxslər polisə hücum edib. Polis köhnə İpək Yolunun yaxınlığında yerləşən Kaşğar kəndinə "cinayətdə şübhəli" sayılan şəxsləri həbs etmək üçün gedibmiş.

Ötən ay Kaşğar yaxınlığında polis şöbəsinə hücum zamanı azı 9 sakin və 2 polis öldürülmüşdü.

Çin bu hücumda islamçı hərbçiləri günahlandırıb.
XS
SM
MD
LG