Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13
-
Cib xəritə layihəsi şəhərə gələcək turistlərə bələdçilik məqsədi daşıyır. “Avropanın gənclər paytaxt”nın gənclərinin hazırlayacağı cib xəritələrini turistlər hava limanından, şəhərdə olan müxtəlif yerlərdən əldə edə biləcəklər.

Bundan başqa Gəncənin 50 yerində xüsusi məlumatverici lövhələr də yerləşdiriləcək. Bunu icra başçısı Elmar Vəliyev deyib.

İcra başçısı həmçinin qeyd edib ki, şəhər haqqında, xüsusən də Gəncədə olan tarixi abidələri əks etdirən suvenirlər hazırlanır. E.Vəliyevin sözlərinə görə, artıq 300-ə yaxın belə suvenir hazırlanıb və bu say daha da artırıla bilər.
XS
SM
MD
LG