Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

Sumqayıtda silahlı insidentin iştirakçıları haqqında həbs qətimkan tədbiri seçildi


Sumqayıtda dindarlar arasında atışma olub

Sumqayıtda dindarlar arasında atışma olub

-
Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı təqsirləndirilən 10 nəfər barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna saxlanan şəxslərdən birinin vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin dediyinə görə, hadisə günü atışmada xəsarət alan Elnur Nəzərəliyev də yaralı halda xəstəxanadan Sumqayıt şəhər Məhkəməsinə gətirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər silahdan istifadə etməklə xuliqanlıqda günahlandırılır. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 -cü maddəsi üzrə cinayət işi başlanıb.

Vəkil Fariz Namazlı deyir ki, əlavə ittihamların olacağı da gözlənir:

“Həm mənim müdafiə etdiyim Kənan Mehrəliyev, həm də digərlərinin evində axtarış aparılıb. Axtarış zamanı dini ədəbiyyat, silah, o cümlədən qumbara da tapılıb. Amma hələ ki, bununla bağlı ittiham elan olunmayıb”.

Dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG