Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

Mərkəzi Neftçilər Xəstəxanasında yanğın zamanı 12 nəfər xilas edilib [Yenilənib]


-
Mərkəzi Neftçilər Xəstəxanasında yanğın zamanı 138 tibb personalı və xəstələr təxliyə olunub, 12 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi saytında məlumat yayıb.

Məlumata görə, xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı 40 kv.m sahədə əriyib. Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın səhər saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

----

Yanğın xəstəxananın saunasında baş verib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Saunanın tavanındakı lambir örtüyü 1 kv.m sahədə yanıb. Yanğın söndürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG