Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Nuhun gəmisinin dayandığı Naxson şəhəri…


.
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

23.11.2013
Naxçıvan ərazisinin Nuh Peyğəmbərlə bağlı olduğunu təsdiqləyən daha bir mənbə
Naxçıvanın Nuh Peyğəmbərin Dünya tufanından sonra quruya çıxdığı ilk yer olması ilə bağlı son illər genişlənməkdə olan tədqiqatlar getdikcə daha əsaslı dəlillər ortaya qoymaqdadır...
…Nuh Peyğəmbərlə bağlılığı haqqında məlumat verən daha bir mənbəyə rast gəlirik. Bu orta əsr mənbəsi XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış İohann Şiltberqerin 1394-cü ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuş”u və yaxud “Səyahət kitabı”dır.
...Naxçıvan bölgəsinin şəhərlərindən danışan müəllifin qəflətən Xəzərin cənub sahillərindəki şəhərlər haqqında məlumatlara keçməsi, sonra isə yenidən Şərqi Anadoludan cənubda – Aralıq dənizi sahillərində yerləşən Antioxiya şəhəri haqqında məlumatları qeyd etməsi bir az qəribə görünür. Şəhərlərin ərazi ardıcıllığı ilə deyil, qarışıq verilməsi sual doğurur. Elə bu məqsədlə də biz Berkley Universitetinin kitabxanasından əldə etdiyimiz kitaba üz tuturuq və mətnin analoji hissəsi ilə tanış olarkən məsələ aydınlaşır: “Burda Naxson (Nachson) adlanan daha bir şəhər var; Nuhun gəmisinin dayandığı dağların yaxınlığında yerləşir və bu ölkənin münbit əraziləri var. Burda üç şəhər də var, biri Marağa (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır. Hər üçünün torpaqları məhsuldardır. Burada həmçinin dağlar üzərində yerləşmiş Maku (Meya) adlı bir şəhər də var.
... Burada pambıq və düyü yetişdirilən və əhalisi dəri ayaqqabılar toxuyan Gilan adlı bölgə də var. İpək örtüklərin (ləçək) toxunduğu böyük bir şəhər də var ki, Ress adlanır. Həmçinin Strauba adlanan bir şəhər də var.
Digər bir şəhər isə qala divarları qırmızı rəngdə olan Antioxiyadır”.

Şərhləri göstər

XS
SM
MD
LG