Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

McCain Kiyevdədir (Fotolar)


Senator John McCain Kiyevdə aksiyaçıları salamlayır. 15 dekabr 2013
Senator John McCain Kiyevdə aksiyaçıları salamlayır. 15 dekabr 2013

Ukraynada dörd rəsmi etirazçılara qarşı zor işlədilməsinə görə vəzifələrindən azad edilib.

AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, senator John McCain Kiyevə gəlib və burada, müxalifət və ruhani liderləri, habelə Ukraynanın xarici işlər naziri ilə görüşlər keçirib.

MacCain həmkarların damında

Cənab McCain Müstəqillik Meydanına da baş çəkərək nümayişçilərlə görüşüb. Orada hələ də minlərlə avropapərəst etirazçı meydanı tərk etmir. John MacCain Müstəqillik Meydanını Həmkarlar İttifaqları binasının damından seyr edib.

Cənab McCain Hromadske.tv-yə bildirib ki, o, “azad Ukraynaya inanır və həyatı boyu belə bir şey görməyib”.

Senator John McCain Ukrayna müxalifət liderləri ilə görüşdən sonra dekabrın 14-də Kiyevdə çıxış edib:

"Biz dəfələrlə məsələnin dinc yolla həllinə bağlılığımızı bildirmişik. Ukrayna Qərb, Avropa ölkəsidir və heç kim zorakılıq istəmir. Nümayişlər dincdir və biz qətiyyətlə bildiririk ki, heç kəsə qarşı zorakılığa əl atılmamalıdır. Bu, insanların demokratik haqqıdır. Təşəkkür edirəm”.

Arizona ştatından respublikaçı senator Ukrayna müxalifətinin lideri, “Udar” partiyasının rəhbəri ağırçəkili boks çempionu Vitali Klitschko, millətçi lider Oleh Tyahnybok və Batkvyshchyna (Ata yurdu) müxalifət partiyasının sədri Arseniy Yatsenyuk-la şam yeməyi zamanı fikir mübadiləsi edib.

Ukrayna müxalifətinin lideri Vitaliy Klitschko da senator McCain-lə danışıqlardan sonra çıxış edib:

"Bu çox yaxşı bir görüş, Ukraynada yaranmış vəziyyət və hazırda baş verənlər barədə uğurlu bir müzakirə idi. İnformasiyanı birbaşa olaraq ukraynanıların özündən almaq çox mühümdür”.

Senator McCain həmçinin Ukrayna Pravoslav Kilsəsinin patriarxı Filaret və ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyatt-la da görüşüb. Bu görüşlərin təfərrüatları barədə məlumat verilmir.
Ukraine -- U.S. Senator John McCain (R) speaks with Ukrainian opposition leaders Vitaly Klitschko (L), Arseny Senator John McCain müxalifət liderləri ilə görüşdə. 14 dekabr 2013
Ukraine -- U.S. Senator John McCain (R) speaks with Ukrainian opposition leaders Vitaly Klitschko (L), Arseny Senator John McCain müxalifət liderləri ilə görüşdə. 14 dekabr 2013

Senator deyib ki, onun xarici işlər naziri Leonid Kozhara ilə danışıqları “mənalı” olub.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Kozhara Ukraynanın Avropa İttifaqına inteqrasiyasının üstün istiqamət olduğunu vurğulayıb.

Senator deyib ki, o, Ukrayna xalqının demokratiya arzuları ilə qürur duyur.

Yanukovych dörd vəzifəlini qovdu

Bu gün, dekabrın 15-də Avropa İttifaqına inteqrasiyanı dəstəkləyən daha izdihamlı nümayiş gözlənilir. İvan adlı bir etirazçı Reuters agentliyinə bildirib ki, adamlar işlərini, ailələrini buraxaraq Kiyevə axışırlar.

Prezident Viktor Yanukovych noyabr ayında Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasından Rusiyanın xeyrinə imtina etdiyini bildirdikdən bəri Ukrayna boyunca onun bu addımına etiraz aksiyaları keçirilir.

Bu arada cənab Yanukovych noyabrın 30-da Avropa İttifaqını dəstəkləyən etirazçılara qarşı aşırı zor işlədilməsinə cavabdeh olan dörd rəsmini vəzifəsindən azad edib.
Toqquşmalar nəticəsində onlarca etirazçı xəsarət almışdı.
Senator John McCain (sağda) müxalifət lideri Vitaly Klitschko ilə mitinq zamanı söhbət edir. 15 dekabr 2013
Senator John McCain (sağda) müxalifət lideri Vitaly Klitschko ilə mitinq zamanı söhbət edir. 15 dekabr 2013

Prezidentin internet saytında bildirilir ki, vəzifələrindən kənarlaşdırılmış şəxslər – Kiyev şəhər administrasiyasının başçısı Oleksandr Popov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Volodymyr Sivkovych-dir. Kiyev Polis İdarəsinin rəisi və rəis müavinin də işdən azad olunduqları xəbər verilir.

Azarov: “Ukraynaya barrikadalar lazım deyil”

Bu arada prezidentin Rusiya ilə daha sıx bağlara yönəlik siyasətini dəstəkləyən 20 min nümayişçi də Avropa Meydanında mitinq keçirib.

Avropa İttifaqı tərəfdarlarının yığışdığı Müstəqillik Meydanından bir neçə yüz metrlik məsafədə yerləşən Avropa Meydanındakı kütlə qarşısında baş nazir Mykola Azarov çıxış edib.

Hökumətpərəst mitinq qarşısındakı çıxışında cənab Azarov bütün siyasətçiləri danışıqlar masasına dəvət edib və deyib ki, Ukraynaya barrikadalar lazım deyil.

Azarov deyib ki, onun məlumatına görə, etirazlar yalnız Kiyevdə baş verir və ölkənin qalan hissəsində vəziyyət sakitdir. O bildirib ki, Kiyevin də sakitləşməsi mühümdür.
Senator McCain Kiyevdə Həmkarlar ittifaqının binasından aksiyanı seyr edir, foto çəkir. 14 dekabr 2013
Senator McCain Kiyevdə Həmkarlar ittifaqının binasından aksiyanı seyr edir, foto çəkir. 14 dekabr 2013

Prezident Yanukovych-in ötən ay Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə salmaq barədə qərarı Müstəqillik Meydanında kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olub və indi Kiyevdə bu yeri “Avromaydan” adlandırırlar.

Cənab Yanukovych dekabrın 13-də müxalifət liderləri ilə danışıqlar aparsa da, böhranın çözülməsinə dair razılıq əldə edilməyib.

Ukrayna yolayrıcındadır

Prezident Yanukovych ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşərək Ukrayna rəsmilərinin təbirincə deyilərsə, “böyük strateji tərədaşlıq sazişini” müzakirə edib.
Senator John McCain (sağda) Ukrayna müxalifətinin lideri Arseniy Yatsenyuk-la görüşür, 14 dekabr 2013
Senator John McCain (sağda) Ukrayna müxalifətinin lideri Arseniy Yatsenyuk-la görüşür, 14 dekabr 2013

Bu saziş Moskva və Kiyev arasında ticarət və iqtisadiyyat əlaqələri sahəsində fikir ixtilaflarını aradan qaldırmalıdır.

Lakin dekabrın 14-də etdiyi çıxışında baş nazir Azarov ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq planları olması barədə xəbərləri təkzib edib. Bununla yanaşı baş nazir əlavə edib ki, Kiyev Avropa İttifaqı ilə də saziş bağlayaraq müflis vəziyyətinə düşmək istəmir.

O deyib ki, assosiasiya sazişinin ukraynalılara Avropaya sərbəst səfər imkanı yaradacağını iddia edən müxalifət liderləri yanılırlıar və bu sazişin imzalanması üçün Ukrayna əvvəlcə eyni cinsdən olanların nikahı barədə qanun qəbul etməlidir, cəmiyyət isə buna hazır deyil.

Dekabrın 14-də yayınlanmış müsahibəsində Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Ukrayna nümayişçiləri hadisələrə aşırı reaksiya verirlər.

Cənab Lavrov həmçinin Qərbi etirazlara aşırı müdaxilə etməkdə günahlandırıb.
“Qərb partnyorlarımızın reallıqla əlaqəni itirməsi məni kədərləndirir” – deyib Sergei Lavrov.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG