Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

İsa Qəmbər Maydanda çıxış edib- [Foto]


İsa Qəmbər Maydanda çıxış edərkən (Foto: espreso.tv)

İsa Qəmbər Maydanda çıxış edərkən (Foto: espreso.tv)

-
Müsavat başqanı İsa Qəmbər Kiyevdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarına qatılıb.

Kiyevin mərkəzində, “Maydan”da keçirilən mitinqdə İsa Qəmbər çıxış edib.

Müsavat.com-un yazdığına görə, İsa Qəmbər çıxışında xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, M.Ə. Rəsulzadə irsindən danışıb. O deyib ki, bu gün Ukraynada yalnız Ukrayna xalqının deyil, digər post-sovet ölkələri xalqlarının da taleləri həll olunur; o cümlədən də rus xalqının. İsa Qəmbər öz çıxışında vurğulayıb ki, iqtidarlar seçkiləri saxtalaşdıra bilərlər. Lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstəyi ifadə edən Müsavat başqanı "Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun" şüarı ilə çıxışını bitirib.

Müsavat başqanını səfərdə müavini Gülağa Aslanlı müşayiət edir.

İSA QƏMBƏR UKRAYNAYA GEDİR...

Müsavat başqanı İsa Qəmbər müxalifətin etiraz aksiyasına qatılmaq üçün Ukraynaya gedir. Bu barədə o, Facebook səhifəsində yazır.
“Yenə Ukrayna, yenə Maydan!” adı altında yazdığı statusda İsa Qəmbər bildirib ki, “öz müstəqil seçimi və avrointeqrasiya uğrunda fədakar mübarizə aparan Ukrayna xalqına və ictimai-siyasi qüvvələrinə” dəstək ifadə etmək üçün dekabrın 15-də Kiyevə gedir.
Müsavat başqanı xatırladır ki, 2003-cü ilin dekabrında keçmiş prezindent Yuşenkonun dəvəti ilə Kiyevə gedib və onunla müttəfiqlik sazişi imzalayıb: “2004-cü ilin noyabrında isə seçki saxtakarlığına möhtəşəm xalq hərəkatı ilə cavab verən ukraynalılara Maydan mitinqində çıxış edərək mövqe bildirdiyim günləri heç vaxt unutmaram. Çox gərgin, həyəcanlı günlərdi”.
İsa Qəmbər hesab edir ki, ukraynalılara indi də dəstək vermək vacibdir. O, Kiyevə səfəri üzündən Milli Şuranın dekabrın 15-də keçirəcəyi mitinqinə qatılmayacağını bildirir.

Müsavat başqanı yazır ki, “bir tərəfdə-Kiyevdə gərgin, qarşıdurmanın miqyası və və formaları proqnozlaşdırılmayan bir gün, digər tərəfdə- Bakıda razılaşdırılmış, normal keçəcəyi ciddi şübhə doğurmayan” bir mitinq gözlənilir.
İsa Qəmbər bildirir ki, Müsavat üzvləri və rəhbərliyi Bakı mitinqinə ciddi hazırlaşıblar və iştirak edəcəklər, aksiyada Müsavat adından Arif Hacılının çıxış etməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG