Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25
.
(Azərbaycanın ən qorxmaz və ən sevimli qəhrəmanı 95 yaşına çatdı…)

Fikrimcə, o, Azərbaycanın ən sevimli qəhrəmanıdır.
Onun şərəfinə şeirlər, poemalar, romanlar yazılıb.
Onun qəhrəmanlığına baxdıqca-baxılan kinolar, sənədli filmlər həsr edilib.
Ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Onun şərəfinə doğulduğu Novxanı kəndində və yaşadığı Bakıda abidələr ucalıb.
Onun adı əsri aşıb, yaşamadığı XXI əsrdə də dillər əzbəridir.
O, çox qorxmaz qəhrəman olub.
Vaxtilə başına yüz minlər qoyulub.
Amma o, sakitcə öz «iş»ini görüb.
O, çoxlu dil bilib.
İstedadlı olub, şeir, poema yazıb, rəsm çəkib.
O, çox yaraşıqlı olub!..
Belə baxanda ona həsəd aparmaq olar, deyilmi?
Amma… 26 yaşı tamam olmadan dünyadan köçüb mənim qəhrəmanım.
Həm də doğulduğu, sevdiyi Xəzər sahilində yox, Adria sahilində…

Nə ola, bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşıb bəyaz qarlı uca dağları,
Vətən torpağına salaydı məni.
Sabahın yelləri alaydı məni…
Və ya:
Gənclik həyatıma qədəm qoyunca,
Gəzmədim suyunda mən də doyunca.
Qurbanı olaydım sahil boyunca,
Çünki o Kaspinin vurğunuyam mən!
Və ya:
Gecə Ay üzünə salarkən işıq,
Verir camalına hərdən yaraşıq,
Adria! Bil, sənə olmaram aşıq,
Mən öz Xəzərimə vurğunam, a dost!

Onun şeirləridir.
Söhbətin kimdən getdiyini bildiniz, yəqin.
AzadlıqRadiosunun «İz» proqramı bu sayında bir daha Mehdi Hüseynzadənin –əfsanəvi Mixaylonun izinə düşüb.
Dekabrın 22-də Mehdi Hüseynzadənin 95 yaşı tamam olur.

- Mehdi hansı mühitdə böyüdü?
- Bu qədər dil öyrənməyi necə bacardı?
- Mehdinin döyüş yolu hansı keşməkeşləri aşdı?
- Mehdi necə «Mixaylo» oldu?
- Nədən legioner, sonra partizan oldu?
- Mehdini kim satdı? Onun ölümünə kim səbəb oldu?
- Mixaylonun muzeyə verilmiş, hətta «Uzaq sahillərdə» filmində istifadə edilən üzüyü niyə oğurlandı?
- Və nəhayət, əfsanəvi Mixaylodan nələr qalıb?
Bu «İz»i itirmə.

Günün bütün mövzuları

XS
SM
MD
LG