Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

Fransız ədəbiyyatında "Biləcəri sindromu"


Almaniya - Frankfurt Beynəlxalq Kitab Yarmarkasında fransız yazarların əsərləri, 10 oktyabr 2013
Almaniya - Frankfurt Beynəlxalq Kitab Yarmarkasında fransız yazarların əsərləri, 10 oktyabr 2013

“Onlar bizi aşırı intellektual sayır. Elə bilirlər ki biz yalnız nəzəriyyəyə köklənmişik, sadə dildə yaza bilmirik – lakin biz bunu bacarırıq”.

-

Azərbaycan yazıçılarını qinayanlar çoxdur ki, niyə kitablarının ingiliscə çap olunmasına cəhd etmirlər, yaxud niyə xaricdə öz pulları ilə kitab buraxıb Azərbaycanda bunu "Əsərim xaricdə çap edİLdi" deyə təqdim edirlər. Sən demə, "Biləcəridən o yana gedə bilməmək" təkcə Azərbaycan ədəbiyyatının dərdi deyil.

"BBC Azərbaycan" fransız yazıçılarının oxşar çətinliklə üzləşdiyini yazır.

Əlbəttə, söhbət Voltaire, Flaubert, Proust, Duma, Hugo kimi klassiklərdən getmir, ingilis oxucusu onların əsərlərini əvvəl də oxuyub, indi də oxuyur.

Amma BBC-nin yazdığına görə, son 50-60 ilə, yəni müharibədən sonrakı dövrə nəzər salanda vəziyyət tamam başqadır. İngilisdilli kitabsevərlər son dəfə əsərini oxuduğu Fransız müəllifinin adını çəkməyə çətinlik çəkirlər.

Hətta Fransanın özündə də daha çox ingilis və digər dillərdən tərcümə olunmuş kitablara meyl göstərirlər. Paris metrosuna ötəri nəzər salmaq sübut edir ki, hər 5 nəfər kitab oxuyandan orta hesabla 4 nəfəri ingilis dilində kitab oxuyur.

BBC qeyd edir ki, fransızlar milli ədəbi ənənələrilə fəxr edirlər – hesablamalara görə, ümumilikdə fransız yazarlar inditəcən 2000-dək ədəbiyyat mükafatına layiq görülüblər.

Amma bu da faktdır ki, Michel Houellebecq istisna olmaqla, ingilisdilli kitab bazarına fransız yazıçılar çətinliklə daxil ola bilir. Hətta 2008-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Jean-Marie Le Clezio, faktiki olaraq, ingilis dilli oxucular arasında tanınmır.
BBC fransız yazıçısı Christophe Ono-dit-Biot-un fikirlərinə yer ayırır. O deyir ki, hazırkı vəziyyət onu üzür: "İngilisdilli naşirlər Fransa kitab bazarını saya almırlar".

Ono-dit-Biot bu yaxınlarda ölkənin ədəbiyyat sahəsində ən yüksək mükafatına layiq görülüb. Fransada onun 5 kitabı artıq işıq üzü görüb, lakin Britaniya və ABŞ-da bircə kitabı belə çıxmayıb:

“Onlar bizi aşırı intellektual sayır. Elə bilirlər ki biz yalnız nəzəriyyəyə köklənmişik, sadə dildə yaza bilmirik – lakin biz bunu bacarırıq”.

BBC yazır ki, hətta dünyada 40 milyonadək kitab nüsxəsi satılan Marc Levy də ABŞ və Britaniya naşirlərinin yanaşmasını darıxdırıcı sayır:

"Britaniyalı naşirlərin beynində bu artıq qəlibləşib ki, fransalı müəllifin kitabı Britaniya bazarında uğur qazanmayacaq”.

Amma problemin kökünü Fransa yazıçılarının yazdıqlarında və nəşriyyatlarda görənlər də var.

Ətraflı burda oxu
XS
SM
MD
LG