Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:22
-
ABŞ-ın raketdaşıyan gəmisi ilə Çinin hərbi gəmisi toqquşmadan son anda qaça bilib.

Amerika sakit okean donanması komandanlığının yaydığı məlumatda belə deyilir.

Qeyd olunur ki, beynəlxalq sularda üzən Amerikanın «Cowpens» raketdaşıyan gəmisi Çinin «Liaoning» təyyarədaşıyan gəmisinə yaxın məsafədən keçərkən qarşı tərəf siqnal verərək dayanmağı tələb edib. «Cowpens» buna əməl etməyib. Bu zaman Çin gəmisi Amerika gəmisinə doğru üzməyə başlayıb. «Cowpens» toqquşmadan qaçmaq üçün istiqaməti dəyişib.

Çinlə Vaşinqton arasında gərginlik , noyabrın 23-də Pekinin Şərqi-Çin dənizində təyyarələrin tanınması üçün xüsusi zona elan etməsindən sonra başlayıb. Çin tələb edir ki, bu ərazidən uçan təyyarələrlə bağlı bütün məlumatlar qabaqcadan onlara təqdim olunsun.

ABŞ və onun regiondakı müttəfiqləri - Yaponiya və Cənubi Koreya Çinin bu tələblərini yerinə yetirməkdən imtina ediblər.

Pekinin xüsusi zona elan etdiyi ərazi Çinlə Yaponiya arasında mübahisəli adaları əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG