Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45
-
Sumqayıtda silahlı qarşıdurma ilə bağlı indiyədək 7 nəfər saxlanıb.

Dekabrın 14-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, hadisə zamanı qumbaranı şəhər sakini Elşən Musayev atıb.

Birgə məlumatda o da bildirilir ki, şübhəli şəxslərin evində aparılan axtarışlar zamanı avtomat silah, «Revolver» markalı tapança, 280-ə yaxın müxtəlif çaplı patron, 4 patron darağı, 5 ov tüfəngi, əleyhqaz, süngü-bıçaq və 160-a yaxın yasaq dini ədəbiyyat və disklər tapılıb.

Hüquq-mühafizə qurumlarının yaydığı məlumata görə, dekabrın 11-də Sumqayıtın 10-cu mikrorayonunda yerləşən «Çay evi»ndə ekstremist təmayüllü «xəvarici»lərlə «sələfi» təriqətinə mənsub bir qrup şəxs arasında münaqişə baş verib. İki nəfər bıçaq, iki nəfər də qəlpə yaraları alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG