Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:04

Müxalifət lideri prezidentə xəbərdarlıq edib



Ukrayna prezidenti Yanukovich müxalifət liderlərinin istefa tələbini rədd edib. O deyib ki, prezidenti yalnız parlament istefaya göndərə bilər.

Klitschko dəyirmi masa müzakirəsində Yanukovichə xəbərdarlıq edib: “etirazçılara qarşı zordan istifadə olunmasının ölkə və şəxsən prezident üçün çox dəhşətli nəticələri olacaq”.

***

Etirazlar başlanandan ilk dəfədir ki, Ukrayna müxalifətinin liderləri – Batkıvşina Partiyasının lideri Arseniy Yatsenyuk, UDAR partiyasının lideri Vitali Klitschko və sağ millətçilərin lideri Oleh Tyahnybok prezident Viktor Yanukovichlə görüşür.

Dəyirmi masa müzakirəsində onlardan başqa Ukraynanın 3 keçmiş prezidenti də iştirak edir.

Yanukovich bundan əvvəl söz verib ki, etirazlarda tutulanlar buraxılacaq və assosiasiya sazişini imzalamaq məsələsi ilə məşğul olan rəsmilər işdən çıxarılacaq.

Yatsenyuik isə tələb edir ki, hökumət istefa versin və etirazçılara qarşı zorakılıq edən polis cəzalansın.

Yatsenyuk prezidentlə danışıqlara Müstəqillik Meydanından gedib. Meydanda o deyib:

“Biz sizin tələbləri Yanukovichə verməyə gedirik. Sizin ədalət tələbinizi. Qanunsuz olaraq tutulanların buraxılması tələbini. Hökumətin istefası tələbini. Yeni Ukrayna hakimiyyəti qurulması tələbini”.

Bu gün hakimiyyət dekabrın 1-də tutulan 9 nəfərdən birini azad edib.

Dünən baş nazir Azarov elan etdi ki, Avropa Birliyi ilə assosiasiya sazişi tezliklə imzalanacaq. Yatsenyuk isə deyir ki, “hökumət blef edir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG