Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

İlahiyyatçı Tale Bağırovun işi Avropa Məhkəməsinə çatıb


Tale Bağırov

Tale Bağırov

-
Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Tale Bağırovun şikayətinin ilkin baxış iclası keçirilib. Şikayət onun barəsində Sabunçu rayon Məhkəməsinin 1 noyabr tarixli qərarından verilib.

Vəkil Cavad Cavadov azadxeber.net saytına deyib ki, iclas məhkəmə baxışının məhkəmə istintaqı ilə başlanıb, həmçinin Tale Bağırov barəsində həbs qətimkan tədbiri məsələsinə də toxunulması ilə bağlı vəsatət qaldırıblar. Prosesdə qərara gəlinib ki, məhkəmə istintaqı və əlavə sübutlar tələb edilməsinə heç bir zərurət yoxdur. Vəkil bundan kasasiya şikayəti veriləcəyini söyləyib.

Tale Bağırov məhkəmə prosesində çıxış edib:

«Azərbaycanda müstəqil məhkəmə yoxdur, məhkəmələr sanki bir bazardır. Bazarda meyvələrin taleyi necə həll olunursa, burada da insanların taleyi elə həll olunur».

İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunub. Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi onun 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Dekabrın 13-də həmçinin Tale Bağırovun işinin Avropa İnsan Hüquqları Məhkəməsinə çatması barədə məktub gəlib. Vəkil Cavad Cavadov bunu facebook səhifəsində yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG